Mən bir çinar ağacıydım...
Mən bir çinar ağacıydım...Bu yerlərin qucağında –Dağ gövdəli, yaraşıqlı.Öz dünyam, öz adım vardı...Bürümüşdü dörd yanımıÇadır kimi budaqlarım,Gün işıqlı... ay işıqlıYaşıl-yaşıl yarpaqlarım.Mən bir çinar ağacıydım...Şən insanlar, gözəl quşlarDaim qonaq oldu mənə.Bu boz torpaq, bu boz qayaMöhkəm dayaq oldu mənə...Dildən-dilə düşüb gəzdiYer üzünü bu qüdrətim.Sevindirdi dostlarımı,Bir dağ çəkdi düşmənlərəBu vüqarım, bu şöhrətim...Mən bir çinar ağacıydım...Göylərimə gəldi duman,Yanağıma ulduz deyil,Damla-damla töküldü qan.Oynadıqca ildırımlarSınıb düşdü budaqlarım,Dağıtdılar büsatımı:Uçub getdi gözəl quşlar –Mənim əziz qonaqlarım!Qəh-qəh çəkib güldü düşmən:O istədi etsin məniQolu sınmış bir qəhrəman!..Yox! Budaqsız çinar olmaz!..Mən sarsıldım,Yıxılmadım,Ayrılmadı köküm yerdən,Qüvvətimi, qüdrətimiBu torpaqdan almışam mən!..Getdi duman!Getdi o qan!Güldü mənim taleyiməGüldü tarix, güldü zaman!..Mən bir çinar ağacıyam!..İnsanların, ulduzlarınSirdaşıdır yarpaqlarım.Yaxınlara, uzaqlaraBir şöhrətdir əzəl gündənMənim yaşıl budaqlarım!
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-xelil-men-bir-cinar-agaciydim
Use ← → keys to move, R for a random poem