Göz yaşından namə yazdım, yolladım,Oxuyub dərdimi qanalar indiQürbət eldə hicran tutdu yaxamdan,Müşküldür halıma yanalar indi

Qoca bülbül tərk eyləmiş bağları,Naşı quşlar tutmuş zər budaqları,Necə oldu könlümün laçın çağları,Gəzər ovlağımda sonalar indi

Xudam xub yaradıb bu gözəlləri,Hər yana tökmüşlər əfşan telləri,Yada düşür yenə yarın elləri,Yaxa dəstə xınalar indi

Uçdu tərlan yerin aldı bayquşlar,Dolanıb göyləri qocaldı qular,Aşıq Dönü keçən günü arzular,Necə ah çəkməsin sinalar indi

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation