Məndən — səndən
Nazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,Bayram olsun, xına yaxım dəstinə,Əlvan məndən, gülgəz məndən, əl səndən
Qoşa xal yaraşmış al yanağında,Öldürdün aşiqi sərxoş çağında,Bülbül kimi qoy dolanım bağında,Cəfa məndən, möhnət məndən, gül səndən
Dilbər, eşqin məni saldı biryana,Həcrində mən kül oldum yana-yana,Vəslinlə sən qəmdən məni çək yana,Yazı məndən, dəftər məndən, dil səndən
Rəhm elə bu Aşıq Dönü qoluna,Şirin canım qurban olsun yoluna,Şanə kimi qoy sarılım telinə,Müşk məndən, ənbər məndən, tel səndən
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-donu-menden-senden
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Yar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
Sən bir gülüsən, sevgilim, ən tazə baharımSən bir gülüsən, sevgilim, ən tazə baharım,Bir bülbülüyəm mən də bu qiymətli diyarın.
Kimdə varEy fələk sənin əlindən bu sitarə kimdə var,Mənim təki sinə dağlı, bəxti qarə kim də var.
Ey həbibimEy həbibim, can gedir,Dərman tapılmır, neyləyək?