Sən bir gülüsən, sevgilim, ən tazə baharım
Sən bir gülüsən, sevgilim, ən tazə baharım,Bir bülbülüyəm mən də bu qiymətli diyarın.
Bir böylə gözəllik ki, təbiət sənə vermiş,Olmaz, gözəlim, qisməti hər nazlı nigarın.
Bir naz ilə baxmaqla yıxıb könlümü getmə!Heç ovçu atıb getməmiş aləmdə şikarın.
Eylər bu kifayət mənə, mey zövqü nə lazım,Hər dəm ki, düşər xatirimə çeşmi-xumarın.
Hər tari-səri-zülfdə min can var əsirin,Mənası budur, dinlə sədasın dəfü tarın.
Xanəndəyə ver fikrini, pəjmürdə oturma,Mənasını qan, rəmzini bil “Şur”ü “Qatar”ın.
Məqsəd sənin ovsafi-cəmalındır həmişə,Gülşənləri fəryadı tutub bülbüli-zarın.
Vahid, mey əgər zövq verir, lakin unutma,Hər sübh zamanında onun rənci-xumarın.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-sen-bir-gulusen-sevgilim-en-taze-baharim
Use ← → keys to move, R for a random poem
More by this author
Etməm, gözəlim, kimsəyə bir şikvə qəmindən,Yansam da, yaxılsam da tükənməz sitəmindən.
Ey gül, səni kim ayrı salıbdır çəmənindən?Ey gül, səni kim ayrı salıbdır çəmənindən?Aç gizli müəmmanı o qönçə dəhənindən.
Dila, minnət çəkincə hər vəfasız aşinalərdənDila, minnət çəkincə hər vəfasız aşinalərdən,Yaxınlaş dərgəhi-həqqə, uzaqlaş bivəfalərdən.
Gözəlim, gül yanağın qırmızıdır məxmərdənGözəlim, gül yanağın qırmızıdır məxmərdən,Dodağın ləldən artıqdı, sinən mərmərdən!
Poems by other poets · Love
Düz dağlar, əyri dağlar,Düzəlməz əyri dağlar,
Həvayi-eşq ilə doldur könül kaşanəsin, yarəbHəvayi-eşq ilə doldur könül kaşanəsin, yarəb,Qəmi-eşq ilə təmir et bu qəm viranəsin, yarəb!
OlmazAdam oğlu, yol ərkanın tanı bir,Yol ərkan bilənin yeri dar olmaz,
RübailərRübailər**Ey mərifətin baği-səhanın səməri,