Mənim istəklimin hər kəs ki, görə rüsxarın
Mənim istəklimin hər kəs ki, görə rüsxarın,İstəməz baği-behiştin nə gülün, gülzarın.
Bülbülə öz gülü xoşdur, mənə öz cananım,Hansı aşiqdir o ki, sevməyə öz dildarın?
Bircə biganə deyil könlümü bərbad eləyən,Tanrı yıxsın, görüm, aləmdə evin əğyarın!
Sevgilim olsa təbibim, mənə tez çarə qılar,Tutar öz nazik əlilə yıxılan bimarın.
Mən sevən dilbəri yüzlərcə gözəllər də sevir,El sevər, rəsmdir, istəkli, əziz sərdarın.
Bircə yol vəsl təmənnasını etdimsə ona,Dedi min naz ilə “yox”, gözləmədim təkrarın.
Məni kim görsə deyir: yarın olub qeyrilə yar,Bağ mənim, meyvə mənim, özgə yeyir nübarın.
Bivəfalıq sözü işlənməz idi aləmdə,Leyli Məcnununa düz etsə idi iqrarın.
Vahid, əlbəttə, uçulmaz fələyin cövründən,Hər bina ki, tikilə şövqi ilə memarın.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-menim-isteklimin-her-kes-ki-gore-rusxarin
Use ← → keys to move, R for a random poem
More by this author
Cəmalın şəminə, cana, yanar pərvanələr bir-bir,Çəkər zənciri-zülfün, həsrətin divanələr bir-bir.
Bəxtiyar aşiq odur ki, onu cananı sevirBəxtiyar aşiq odur ki, onu cananı sevir,Binəva bülbülünü, öz güli-xəndanı sevir.
O gül mənə bu gecə həmzəban olan gecədirO gül mənə bu gecə həmzəban olan gecədir,Deyib, gülüb, danışıb, mehriban olan gecədir.
Eşqin tamam nəşəsi divanəlikdədirEşqin tamam nəşəsi divanəlikdədir,Meyxanənin məlahəti məstanəlikdədir.
Poems by other poets · Love
یک موی سر به مهر به دست صبا فرست
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Məlahət gülşənində bir güli-həmrayə həsbəndəmMəlahət gülşənində bir güli-həmrayə həsbəndəm,Fəsahət kişvərində bülbüli-şeydayə həsbəndəm,
FərdDedim: kimdir pərişan eyləyən aşiqlər əhvalın?Səba göstərdi tari-sünbüli-zülfün ki: bu eylər