Nə gözəlsən, gözəlim, hər kəs olur heyranın!Yıxacaqsan bu gözəlliklə evin dünyanın.

Saçların rayiheyi-müşki nəzərdən saldı,Gözlərin valeh edib gözlərini ceyranın.

Zalim, insaf elə, can qoymadın aşiqlərdə,Gündə yüz mən kimi biçarə olur qurbanın.

Xəstədir könlüm o gündən bəri zülfün görəli,Həsrətindən ölərəm, olmasa gər dərmanın.

Başqa bir fikrlə hər kim sənə kəc baxsa, gülüm,İti xəncər kimi batsın gözünə müjkanın.

Nazəninlər səni gördükdə xəcalətdən ölür,Vay əgər töksən üzə zülfi-əbri-əfşanın!

Vahid, ümmidi-vüsal eyləmə, biçarə, səninBu xəyalət ilə axır çıxacaqdır canın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love