Şərəfdir aşiqə ölmək yolunda cananın
Şərəfdir aşiqə ölmək yolunda cananın,Əsiri birdəm olunca bəlayi-hicranın.
Fədasiyəm o gülün, dil bilə, işarə qana,İtaətində varam mən o ülvi insanın.
Məhəbbətinlə sənin hər cəfayə səbr edərəm,İcazə ver ki, olam bir dəqiqə mehmanın.
Səninlə gizli əgər bir dəqiqə söhbət edəm,Sədaqət ilə edərdim bu canı qurbanın.
Əgər sən olmasan, ömrüm gedər fənayə mənim,Əlacım eylə, amandır, var isə dərmanın.
Qəza gəlirsə, nə qəm, sən mənimlə olsan əgər,Əhatə qılsa məni min bəlası dünyanın.
Gözəllər eşqi ilə məstsən, ayılmazsan,Sənin də bircə budur, Vahid, eybü nöqsanın!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-serefdir-asiqe-olmek-yolunda-cananin
Use ← → keys to move, R for a random poem
More by this author
Verdi şəmşiri-qaşın qətlim üçün fərmani,Sanki məhbusinə sultandır, edər divani.
Görən mehrabi-qaşın istəməz taqi-kəlisaniGörən mehrabi-qaşın istəməz taqi-kəlisani,Şikəst eyləyib hüsnün müshəfi-İncili-İsani.
Bilməm, nə çarə eyləyim, ol bivəfa məniBilməm, nə çarə eyləyim, ol bivəfa məniEtsin qəbul xaki-dərində gəda məni.
Firqətindir, sənin, ey məh, gətirən canə məniFirqətindir, sənin, ey məh, gətirən canə məni,Salan avarə cununtək bu biyabanə məni.
Poems by other poets · Love
Qənbər Hüseynli bəstələmişdir*Sən gözəl ömrümün baharı, yazısan,
Ta cəmalın rütbəsin, ey şux, idrak eylədiTa cəmalın rütbəsin, ey şux, idrak eylədi,Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.
MüxəmməsZivər nə səzadır sənə ey dilbəri-ziba!Binəqs yaratmış səni ol xalqi-yekta!
VüsalMən etibar edib o nigarın vəfasına,Düşdüm məhəbbətin dolaşıq macərasına.