Bilməm, nə çarə eyləyim, ol bivəfa məniEtsin qəbul xaki-dərində gəda məni.

Hər sübhü şam bəstəri-eşq içrə xəstəyəm,Eylüb məriz möhnətü dərdü bəla məni.

Vəsli-nigaridən əlimi üzdü zülm ilə,Saldı kəməndi-firqətə axır qəza məni.

Zənciri-zülfi-yarə əsir oldu mürği-dil,Divanələr damə edib mübtəla məni.

Vahid, şikayət etmə cəfasından ol məhin,Etmiş zəmanə gərdişi bəxtiqəra məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love