Görən mehrabi-qaşın istəməz taqi-kəlisani
Görən mehrabi-qaşın istəməz taqi-kəlisani,Şikəst eyləyib hüsnün müshəfi-İncili-İsani.
Bu qədr kim tökürsən binəva aşiqlərin qanın,Həlal olmuş məgər dinində bu aşiqlərin qani?
Göreydi hüsnünü gər piri-Kənan bu vəcahətdə,Fəramuş eylər idi Yusifin, ey Yusifi-sani.
Qiyam etdikdə qəddin min qiyamətlər olur peyda,Nə qamətdır bu, cana, mat edib gəbrü müsəlmani.
Məzaqi-əhli-zövqü fəhm qılmaz hiç qal əhli,Nə bilsin zahidi-bizövq qədri-eşqi canani.
Tilanın qədrini zərgər bilər, bilməz ki, ahəngər,Mərizi-eşq olan daim dilər dərdinə dərmani.
Şikayət eyləmə, Vahid, cahanda yardan hərgiz,Gərək üşşaqlər məşuqinin olsun da qurbani.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-goren-mehrabi-qasin-istemez-taqi-kelisani
Use ← → keys to move, R for a random poem
More by this author
Göstər, gözəlim, gül üzünü görsün, utansın,Pərvanə sorağında gəzib odlara yansın.
Gəc baxsa kim ol mahi-cəmalə, gözü çıxsınGəc baxsa kim ol mahi-cəmalə, gözü çıxsın,Düşsün o da mən kimi bu halə, gözü çıxsın!
Olsa idi əsəri naleyi-əfğanımızınOlsa idi əsəri naleyi-əfğanımızın,Yenə bir rəhmi gələrdi bizə cananımızın.
Məni atdın, gözəlim, özgələrə yar oldunMəni atdın, gözəlim, özgələrə yar oldun,Neyləmişdim, mənə yar olmadın, əğyar oldun?
Poems by other poets · Love
Yarəb, bu gedən sərvi-sərəfraz kimindir?İnsan bu surətdə olur az, kimindir?
Qəzəl: Aftabi-aləmi-candır ruxi-zibayi-dostAftabi-aləmi-candır ruxi-zibayi-dost,Rövnəqi-bağı-candır hüsni-bihəmtayi-dost
Yenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlümYenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlüm,Rumuzi-eşqdən agah olub, ustad olan könlüm.
FüzuliÜfüqlərdə günəş söndü bir axşam çağıÇox uğursuz bir qaranlıq çökdü dünyaya,