Gəc baxsa kim ol mahi-cəmalə, gözü çıxsın,Düşsün o da mən kimi bu halə, gözü çıxsın!

Öldürdü məni tənəsi hicrində rəqibin,Gəl, bir yetişək bəzmi-vüsalə, gözü çıxsın!

Mahi-ruxini çərxdə xurşidə nişan ver,Qalsın mütəhəyyir bu cəmalə, gözü çıxsın!

Seyri-çəmən et, qönçə ləbindən ola dilxun,Göstər üzünü, dağdakı lalə gözü çıxsın!

Çeşmü ləbini saqiyə meyxanədə göstər,Meytək qızarıb əldə piyalə, gözü çıxsın!

At sinəmə müjgan oxun, əğyarın həsəddənDüşsün ürəyi, ey gözü alə, gözü çıxsın!

Vahid, mənim ol gözləri xunbarimi hər kəsBəd gözlə əgər salsa xəyalə, gözü çıxsın!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love