Ədalət
İzhar ola gər pərtövi-ruxsari-ədalət,Dünyanı tutar büsbütün ənvari-ədalət.Can nəqdini bazari-cahanda tutar əldə,Şövqilə ola kim ki, xiridari-ədalət.
Can bəxş edər əmvatə misali-dəmi-İsa,Hər bəzmdə kim zikr ola küftari-ədalət.
Zöhhak kimi hər kim edə zülmdə tüğyan,Fövq eylər onu Gaveyi-əhrari-ədalət.
Hər kəs ki, dilər dəf qıla düşməni-xəlqi,Alsın əlinə tiği-şərərbari-ədalət.
Qərq eylər onu Nildə Musanın ilahi,Hər kim edə Firon kimi inkari-ədalət.
Xurşidi-ədalətlə cahan olsa münəvvər,Zalimlərə izhar olar asari-ədalət.
Sancılsın ədalətlə tərazuyi-sədaqətTa gərm ola bundan belə bazari-ədalət.
Xalqın evi bərbad olamaz bil bunu, Vahid!Hərgah onu təmir edə memari-ədalət.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-edalet
Use ← → keys to move, R for a random poem
More by this author
Canın çıxsın anlayaydın həddini,Keçmiyəydin özgənin sərhəddini,
İndiAvropada zənn etmə, səyahətdəyəm indi,Dünya düşünür, mən nə siyasətdəyəm indi.
CeyranvuranlarCeyranı atıb vurmaq, əgərçi qadağandır,Ceyran yatağı Mil düzüdür, bir də Muğandır.
ElanımızıAman, ay Kirpi dayı, aç, oxu peymanımızı,Yaz, bütün hər yerə bildir bizim elanımızı.
Poems by other poets · Divine love
Nə bir haziq təbibim var ki, mühlik dərdimi görsün,Nə bir sadiq rəfiqim var ki, kahi halımı sorsun.
Oğluma nəsihət (Əgər olsaydı əql ilə dövlət)Əgər olsaydı əql ilə dövlət,Olan əqli tapardı bəs izzət.
باغ و بستان را بسعی ابر کرد آباد بادصد هزاران آفرین حق بر ابر و باد باد
QaldımÜrəyim nəzilib, qəlbim əzilib,Atadan - anadan aralı qaldım.