İndi
Avropada zənn etmə, səyahətdəyəm indi,Dünya düşünür, mən nə siyasətdəyəm indi.
Gəzməkdə bu Qərb ölkələrin məqsədimiz var,Aləm bizə nifrət eləyir, etmirik inkar,Hərb istəyirik, biz deyilik sülhə tərəfdar.Zahirdə bu yerlərdə sədaqətdəyəm indi,Dünya düşünür, mən nə siyasətdəyəm indi.
Dollar veririk, qoy təzədən dava uzansın,Milyonla qırılsın bəşəriyyət, oda yansın.Tək bir mənim ölkəm bu siyasətdə qazansın.İnsan qanı tökməklə ticarətdəyəm indi,Dünya düşünür, mən nə siyasətdəyəm indi.
Olsam da əgər Qərbi komandanlığa təyin,Zahirdə beş-on alçaq edirsə mənə təhsin.Batində edir şənimə dünya hamı nifrin.Min lənətə, hərçənd, ləyaqətdəyəm indi,Dünya düşünür, mən nə siyasətdəyəm indi.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-indi
Use ← → keys to move, R for a random poem
More by this author
Məclisi-əğyardə gördüm ki, dün yar əyləşib,Sanki əqrəb bürcünə ol mahi-məhvar əyləşib.
Kim der ki, ləli-nabinə kövsər deyilməyib?Kim der ki, ləli-nabinə kövsər deyilməyib?Mehri-cəmalına məhi-ənvər deyilməyib?
Dedi ol yar mənə: dəftərimiz evdə qalıbDedi ol yar mənə: dəftərimiz evdə qalıb,Eşqə dair yazılan sözlərimiz evdə qalıb.
Könlüm kimi, o zülfə yenə şanə bağlanıbKönlüm kimi, o zülfə yenə şanə bağlanıb,Can riştəsi o zülfi-pərişanə bağlanıb.
Poems by other poets · Satire
İsmayıl bəy Qutqaşınlıya*Bu əhldən mehribanlıq görəmdim,
Xoş ol zaman ki, xalq yatıb bizəban idiXoş ol zaman ki, xalq yatıb bizəban idi,Bəzmim pilov, çay ilə rəşki-cinan idi,
Əşar (“Kəlniyət”, ağrın bu qoca naqqala”)“Kəlniyət”, ağrın bu qoca naqqala,Bircə sözüm var, onu yaz jurnala,
Millətinin halı pərişan olaMillətinin halı pərİşan ola,Hor bir işi nifrətə şayan ola,