Canın çıxsın anlayaydın həddini,Keçmiyəydin özgənin sərhəddini,Nə əymisən bic tülkü tək qəddini?Sənə bu işdə betər olsun gərək.

Çıxdı boşa eylədiyin lovğalıq,Tullanar, iylənsə başından balıq.Bomba yağır üstünə min tonnalıq,Ölkələrin zirzəbər olsun gərək.

Bu günləri görməyirdi kor gözün,Öz əlinlə xalqını yıxdın özün.İndi ölürsən, nədir axır sözün?Vəsiyyətin müxtəsər olsun gərək.

Böylə döyülmüsən, bu azdı hələ,Bu günlərdə keçər quyruğun ələ.Sən ölməklə bitməyəcək məsələ,Qoşunların dərbədər olsun gərək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire