Məclisi-əğyardə gördüm ki, dün yar əyləşib,Sanki əqrəb bürcünə ol mahi-məhvar əyləşib.

Dami-zülfiylə məni bənd eylədi ol şuxi-şəng,Mən xəyal etdim ki, sərvə sarmaşıb mar əyləşib.

Söylədim, cana, əsirəm zülfünə, ey tazə gül,Söylədi, səslənmə, aşiq, gülşənə xar əyləşib.

Çəkmə, məşşatə, nigarın zülfünə sən şanəni,Hər telində şanənin, min aşiqi-zar əyləşib.

Vahida, çəkmə ayaq hərgiz dəri-meyxanədən,Məst olanlar Vahidi görsünlər, huşyar əyləşib.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love