Ey deyən, xar yaxınlaşdı vəfasız gül ilə
Ey deyən, xar yaxınlaşdı vəfasız gül ilə,Gül bu az ömrü ilə bəhs qılır bülbül ilə.
Kaş ki, bir də bizə o vəslin olaydı qismət,Yenə həmsöhbət olaq bir neçə əhli-dil ilə.
Hansı göylərdə mələklərlə gəzirsən gecələr?Məh camalın bizə görsənməyir ayla, il ilə.
Könlümü odlara cəzb etdi xəyali-zülfün,Yandırar xəlq çirağın gecələr məftil ilə.
Əhli-hal ilə cəhənnəm mənə cənnət görünür,Həmdəm olmaqdan isə tərbiyəsiz cahil ilə.
Eylə ki, Vahid, o gülçöhrə sevir əğyarı,Zənn edir, sanki mələk göydən enib zənbil ilə.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-ey-deyen-xar-yaxinlasdi-vefasiz-gul-ile
Use ← → keys to move, R for a random poem
More by this author
Xoş ol aşiqə kim, ömr edər məhəbbət ilə,Həyatını keçirər zövqü eşqü ləzzət ilə.
Könül, vəfalı olan yarə etibar eyləKönül, vəfalı olan yarə etibar eylə,Vəfalı olmayanı cəhd qıl, kənar eylə.
Məni hər kim ki, sevir, gəl ona divanə demə!Məni hər kim ki, sevir, gəl ona divanə demə!Aşina bildiyin öz dostuna biganə demə!
Pabəstə olmasaydım o geysuyi-pürxəməPabəstə olmasaydım o geysuyi-pürxəmə,Divanəlikdə şöhrətim irməzdi aləmə.
Poems by other poets · Love
Aman Allah, dada yetiş,Gör, nə bəlaya düşmüşəm.
Qəzəl: Nə bədxudur gözəllər hər kimi gördükdə nişlərNə bədxudur gözəllər hər kimi gördükdə nişlər,Çəkərlər təyğ əbrudən nəzər əhlin qılışlər
Bir nigarı istərəm aləmlərin əlasıdırBir nigarı istərəm aləmlərin əlasıdır,Ruzgarın bağı içrə novgüli-rənasıdır,
Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqəBəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə**Bir şəbi-deysur ki, sərməstani-büqayi nur badeyi-nəvamisdin məxmur və əsbabi-vəqayeyi-həvasdin məhsur idi. Ol gesəbəni-zar bir neçəyar iləç ün mahü səyyar bidarü şəb zindədar, gah mühibbi-razəsəlis vəmətlubeyi-niyazə ənis vəzəmani xümxaneyi-həsrətdin badənuşvə əşki-heyrətdin gülfüruşolub vəsaəti tərkibi-mükəvvinatdəsayiqü lahiq vətərkibi-əşkaldin nətayisi-layiq düzüb, vəqti seyri-müluk ratibəsindən mütəfəkkir vəaşiqü məşuq taifəsindin mütəzəkkir yekan-yekan tedadi-müstəidani-ferəqi-hər zaman edərkən, nagah süruşi-huşim ərseyi-xatirəbu möhməl məzmun yeritdi ki, aya nəsəhətdin müxəddəreyi-nəğli-Vərqavü Gülşa bavüsudi-sihazi-eşqihəqiqət təraz iləsəramədi-səhan vəhüsni-səmalda nəvadiri-dövrandurlar, bəzmi-məhəbbətdəüşşaqi-əzmanəsabiq vərəzmi-xüsumətdəRüstəmidastanəfayiq, meydani-hisrdəsərbazlıqlarıməşhur və əvani-zəsrdə vəfadarlıqlarımənşur. Əselle fohul, bəlağətpişeyi-farsi zəbanan valeh, qəbulifəsahətəndişeyi-türki bəyanan ədəmi-etibariləo bəyanın izdivasından xatirihəzimət vərüxsareyi-əzimət döndərüb, leyaliyi-əfkar və əyyami-emardəol bakirəyəhəmağuşvəol sovdayəhəmduşvəsami-zülal nəqllərindin badənuş olməmişlər. Bu ehmal zahiri-hal ol iki ruhə şəsereyi-məhəbbətəmüəddayixələlü pecman vəmouresi-zələlü xüsran olmağı əsəldin mizani-etibardəol kamil əyarlərin əyari-kari nöqsan vəol sərvi-sənubər nihadlar bir təərrüzibidadəulaşub hədəfi-tiri-təvəhhümi-xəta olalar. Bu haləmüqarin təlieyiilhamü iradat qəlbi-münkəsiriməbu iradət buraxdıvəgərdəni-idraki-xatirimə qəlladeyi-feyzi-izaət taxdıki, ey qəriqi-bəhri-təhəyyürü qəmanü həriqi-atəşitəfəkkürü hirman, əni Məsihiyi-natəvan, guya qayəti-qeyrətü vəfa vənəhayətiisməti-səfa rəva görməmişkim, ol pərdənişini-iffət vəbəzmi-ayini-şəhadətlərinin pərçəmi-əlamlarıhəvagir vənami-namiləri ifşapəzir olub, məhafilü məsalisdəhər bidərdədərdi-zəban vəhər naməhrəmərətbül-lisan ola. Nişəkim bu əzmandəçehreyi-müsameəhelyeyi-vəfa bədəlinəarayişinifaq düzülmüşvəsilsileyi-vəsləti-həqiqət təlsiq vəiqdi-əqidəti-məvəddət tənsiq bilkülliyyəüzülmüş, meyi-məhəbbəti-həqiqi, badeyi-məvəddətiməsaziyəzirdəst vənəşeyi-üzubəti-sami-ələst mərarəti-xümari-küdurətdən pəst olmuş. Çün il iki sitəmrəsideyi-aləmşühud gövhərləri ziar vəsövhərləri vəfadar vəalimiqdar idi, fələki-kəsrəftar ki, lazal işi, dəvarişi qəddarlıq və