Pabəstə olmasaydım o geysuyi-pürxəmə
Pabəstə olmasaydım o geysuyi-pürxəmə,Divanəlikdə şöhrətim irməzdi aləmə.
Hər dəm düşəndə ruyinə ol zülfi-pürxəmin,Bənzər xəzinə üstə duran mari-ərğəmə,
Ləlin dirildir, öldürür üşşaqı, ey sənəm,Yox ehtiyacımız dəxi İsəbni-Məryəmə.
Bir danə üçün etməz idi tərk cənnəti,Xalın xəyalı bais olub, derlər, Adəmə.
Zahid bilərmi sirrini qönçə dəhanının?Vaqif olarmı nabələd əsrari-mübhəmə?
Zövqi-həyatımız rəhi meyxanələrdədir,Verdik behişti biz sənə, zahid, cəhənnəmə!
Vahid, zəmanə içrə tapılmaz bir əhlidil,Sanma vəfalı, bağlama bel yarü həmdanə.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-pabeste-olmasaydim-o-geysuyi-purxeme
Use ← → keys to move, R for a random poem
More by this author
Verdi şəmşiri-qaşın qətlim üçün fərmani,Sanki məhbusinə sultandır, edər divani.
Görən mehrabi-qaşın istəməz taqi-kəlisaniGörən mehrabi-qaşın istəməz taqi-kəlisani,Şikəst eyləyib hüsnün müshəfi-İncili-İsani.
Bilməm, nə çarə eyləyim, ol bivəfa məniBilməm, nə çarə eyləyim, ol bivəfa məniEtsin qəbul xaki-dərində gəda məni.
Firqətindir, sənin, ey məh, gətirən canə məniFirqətindir, sənin, ey məh, gətirən canə məni,Salan avarə cununtək bu biyabanə məni.
Poems by other poets · Love
Tutma, ey sahib-nəzər, məndən nəzər, divaniyəm,Bu təhəyyürdən tutulmuş könlümün heyraniyəm.
Bakılı qızBakılı qız, paytaxtımın gözəlisən,Öz eşqimin, öz bəxtimin əzəlisən.
Gəraylı: Görə bilməm ariziniGörə bilməm arizini,Tutubdur sər-basər zülfün,
Öldüm, nedeyim, derdimi bir yara deyən yoxÖldüm, nedeyim, derdimi bir yara deyən yox,Neylim ki, bu biçarəyə bir çare deyen yox.