Məni hər kim ki, sevir, gəl ona divanə demə!
Məni hər kim ki, sevir, gəl ona divanə demə!Aşina bildiyin öz dostuna biganə demə!
Aşiqin qəlbini get piri-qələndərdən sor,Sən xərabati olan mənzilə viranə demə!
Yanmayıb mən kimi pərvanə də eşq atəşinə,Özünü hər oda çırpan quşa pərvanə demə!
Məni sərməst eləyən gözlərinin həsrətidir,Nəşeyi-camilə, ey gül, mənə məstanə demə!
Xeyirxah ol, gözəlim, aşiqi-biçarələrə,Bisəbəb onların haqqında bir əfsanə demə!
Ağzının sirrini sərrafə, gülərkən söylə,Qədrisiz hər daşa gövhər demə, dürdanə demə!
Başqa cananlara hər dərdini, Vahid, de, nə qəm,Ancaq öz istədiyin sevgili cananə demə!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-meni-her-kim-ki-sevir-gel-ona-divane-deme
Use ← → keys to move, R for a random poem
More by this author
Heyf, bir bilmədin, ey gül, dili-zarımda nə var!Eşqimin sirri nədir, eyləyə bilməm izhar.
Misli-zəncir keçib gərdənimə türreyi-yarMisli-zəncir keçib gərdənimə türreyi-yar,Mənə divanə deyir, cümlə xəlayiq nə ki var.
Könül, ol şuxə yaxınlaşma, onun əngəli varKönül, ol şuxə yaxınlaşma, onun əngəli var,Bivəfanın nə olur axırı, nə əvvəli var.
Üzündə busədən, ey gül, iki nişan yeri varÜzündə busədən, ey gül, iki nişan yeri var;Birində qırmızılıqdır, birində qan yeri var.