Misli-zəncir keçib gərdənimə türreyi-yar
Misli-zəncir keçib gərdənimə türreyi-yar,Mənə divanə deyir, cümlə xəlayiq nə ki var.
Gülşəni-hüsndə bir dam qurub zülfündə,Qıldı səyyad gözün könlümü ol damə düçar.
Dəhənin sirrinə yol tapmadım, ey qönçədəhən,Getdi əldən nə qədər fikr elədikcə yoxü var.
Çeşmi-bimarımı gülşəndə görüb nərgis, odur,Oldu kəc gərdəni, heyrətlə baxır məstü xumar.
Eylərəm nalə, səni qeyrilə görsəm, necə kimBülbül ağlar, görə gülşəndə gülün həmdəmi xar.
Qeyrilər bəzmini şəmi-ruxin eylər rövşən,Aşiqi-zarın edərsən gününü tirəvü tar.
Tovqi-zülfü o şəhin boynuma keçmiş, Vahid,Söyləyirlər mənə divanə, xəlayiq nə ki var.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-misli-zencir-kecib-gerdenime-turreyi-yar
Use ← → keys to move, R for a random poem
More by this author
Sənsiz, ey şux, mənim xoş güzəranım yoxdur,Sən ki yoxsan, elə bil, cismdə canım yoxdur.
Sənin kimi, gözəlim, sərvinazımız yoxdurSənin kimi, gözəlim, sərvinazımız yoxdur,Nə istəyirsən elə, etirazımız yoxdur.
Könül, eşq əhlinə yetsə əgər yüz min bəla, xoşdurKönül, eşq əhlinə yetsə əgər yüz min bəla, xoşdur,Yetişsə aşinadən-aşinayə hər cəfa, xoşdur.
Yarın rəhi-eşqində könül qan ola, xoşdurYarın rəhi-eşqində könül qan ola, xoşdur,Hicrində gözüm hər gecə giryan ola, xoşdur.