Sənsiz, ey şux, mənim xoş güzəranım yoxdur
Sənsiz, ey şux, mənim xoş güzəranım yoxdur,Sən ki yoxsan, elə bil, cismdə canım yoxdur.
Eşq pərvanəsiyəm, qəm oduna tabım var,Xəstə bülbül kimi hər ləhzə fəğanım yoxdur.
Bu yaman gündə mənim bircə ümidim sənsən,Sənsiz heç bir kəsə aləmdə gümanım yoxdur.
Zülfünə bağlı olandan bəri Məcnun kimiyəm,Elə sərgəştəyəm, heç yerdə məkanım yoxdur.
Səbrü aramımı əldən qəmi-hicranın alıb,Bir də qəm çəkməyə cismimdə təvanım yoxdur.
Hazıram canımı eşqində fəda eyləməyə,Qəsəm ola canına, bir zərrə yalanım yoxdur.
Vahidəm, atəşi-həsrət bürüyüb dövrü bərim,Yanıram, halıma bir qəlbi yananım yoxdur.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-sensiz-ey-sux-menim-xos-guzeranim-yoxdur
Use ← → keys to move, R for a random poem
More by this author
Dil bilən, söz anlayan bir nazlı yar istər könül,Lalədən, güldən gözəl, bir novbahar istər könül.
Fəda olum sənə, ey Yusifi-zəmanə balamFəda olum sənə, ey Yusifi-zəmanə balamKi, gəlməyib dəxi mislin sənin cahanə, balam.
Xoşdur mənə, zülfündə gəzən şanə mən olsam!Xoşdur mənə, zülfündə gəzən şanə mən olsam!Ölməzdim, o zəncirdə divanə mən olsam!
Meyi-nabi oxuyur zahidi-bizövq həramMeyi-nabi oxuyur zahidi-bizövq həram,Kafərəm, almasam ol saqi əlindən gər cam.
Poems by other poets · Love
Neyləyim, məclis ara olsa da əğyar, olsun,Tək o güldən mənə bir fürsəti-didar olsun.
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
بیا بر چشم عاشق کن تجلی روی زیباراکه جز وامق نداند کس کمال حسن عذرا را
ÜstünəEy nazlı yar, gül yanağın,Xub yaraşır xal üstünə.