Neyləyim, məclis ara olsa da əğyar, olsun,Tək o güldən mənə bir fürsəti-didar olsun.

Qayəti-şövqimi gör yarə ki, həngami-vidaRəşkdən mən deyə bilməm ki, xuda yar olsun.

Hanı, ey ruhi-rəvan, qeyrəti-məşuqəligin,Qoyma kim, qeyr məni-zarə xəridar olsun.

Bir əyağ ilə mənim könlümü aldın ələ sən,Görüm, ey saqiyi-gülçöhrə, əlin var olsun!

Taki, sərməstdir eşq əhlinə lütf eylər yar,Saqiya, qoyma o bimehri ki, huşyar olsun.

Ürəgim qanə dönüb, qüvvəti-təqririm yox,Yoxdur əhvalıma bir kəs ki, xəbərdar olsun.

Maqta — the closing couplet bearing the poet’s pen name. Bunca kim silsileyi-zulfüvü istər, Seyyid,Görüm ol damdə bundan da giriftar olsun.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love