İstanbul
Mən sevdiyim mərmər sinəli yarın,Deyirlər, qoynunda yabançı əl var!Baxıb üfüqlərə, uzaq yollaraAğıyormuş mavi gözlər, axşamlar!
Ah, ey solğun yüzlü, dalğın Istanbul!Mavi gözləri, ipok bayğın Istanbul!Bənim sevdiyim qız dünya gözəli,Ona bu dünyada eş yaranmamış!
Deyirlər, könliinü fələk pozalıSürm əli telləri heç daranmamış!Ah, ey solğun yüzlü, dalğın Istanbul!Mavi gözləri, ipək bayğın İstanbul!
Q ırıq dala qonm uş dün yavru bir quş,“0 ” ndan xəbər verdi, gözüm yaşardı.Gəl, zavallı könlüm, sorma nə olmuş?Sorma ki, sevdiyin kimlərə vardı?!
Ah, ey solğun yüzlü, dalğın İstanbul!Mavi gözləri, ipək bayğın İstanbul!Deyirlər, sevdiyim “Qız qülləsi”ndo,Baxıyorkən qırıb rübab telinə!
Uçuyorkən şerin sevdasında,Bir yılan sarılmış incə belinə!Ah, ey solğun yüzlü, dalğın İstanbul!Mavi gözləri, ipək bayğın Istanbul!
Ey yolum üstündə yüksələn dağlar,Gizli sevda üçün çırpınan dəniz!Yol verin, yol verin, bənim dərdim var,Qeyb etdim yolumu, qaldım kimsəsiz!
Ah, ey solğun yüzlü, dalğın İstanbul!Mavi gözləri, ipək bayğın İstanbul!Bu qəlbimdən qopan yanıq bir fəryad,Çəkdiyim dərdlərin tərcümanımı?
Yoxm udur kim sodən könlüm ə imdad,Bu bəxtsiz sevdamın son zamanımı?Ah, ey solğun yüzlü, dalğım İstanbul!Mavi gözləri, ipək bayğın İstanbul!
Yarəb, bilməzm idin qəlbimi sən də,Ki, qırdın sazım canlı telini?!Doğuyorkən yeni bir ümid bəndə,Neyçün məyus etdin Turan elini?!Ah, ey solğun yüzlü, dalğın Istanbul!Mavi gözləri, ipək bayğın Istanbul!-Gəncə, 1919, 19 mart*
Kitabxana.az · https://kitabxana.az/en/works/cavad-istanbul
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Məni eşqə salan dilbər,Sən ha belə deməmişdin,
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
Qitə: Şahidi-xərgəhnişinشاهد خرگهنشین زلف ز رخ کرد بازنور حقیقت پدید از ظلمات مجاز