Vaiz bu qədər zəmmini etməzdi şərabın
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Vaiz bu qədər zəmmini etməzdi şərabın,Bir bilsə idi ləzzətini badeyi-nabın.
Meyxarələrin halına dəxl eyləməsəydinZahid, səni cənnətlik edərdi bu səvabın.
Şərbət içibən bəzmdə şirinlik olur kam,Vəsl aləmidir aqibəti bu şəkərabın.
Ey cam, gəlir nəkhəti-cənnət nəfəsindən,Adəm gətirib yer üzünə, yoxsa, türabın.
Ol-mah bizə vədeyi-təşrif edib axır,Ey didə, gəlir əvvəli-şəbdən niyə xabın?
Hüsnün olub ol səbzeyi-xətdən dəxi ziba,Ey mahi-pəriçöhrə, nədəndir bu hicabın?
Maqta — the closing couplet bearing the poet’s pen name. Gər piri-müğan tutsa əlimdən, nola, zahid,Bir çakəri-dirinidi Seyyid o cənabın.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-vaiz-bu-qeder-zemmini-etmezdi-serabin
Use ← → keys to move, R for a random poem
More by this author
Səxavət nəzminin şirin zəbanı,Fəsahət mülkünün xoş tərcümanı,
Həccac ilə dərvişin söhbətiBir duasi qəbul olan dərvişSaldı Bağdad şəhrinə təşviş.
Həzaran şükr kim, bir şəxsi-aliqədr hümmətdənHəzaran şükr kim, bir şəxsi-aliqədr hümmətdən,Qəzet bünyadına Rusiyyədə izn aldı dövlətdən.
Hekayət (Omiros adlı bir həkimi-zaman)Omiros adlı bir həkimi-zamanƏrzi-Yunanda olmuş idi əyan.
Poems by other poets · Wine and the tavern
Saqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Yarəb, nə nur imiş ki, məni yaxdı narınaYarəb, nə nur imiş ki, məni yaxdı narına,Yarəb, nə zat imiş ki, məni çəkdi darına?
Nə qəmim var cahan icrə bənim, yar bənimNə qəmim var cahan icrə bənim, yar bənim,Nəyim əksikdi bənim, yar bənim, var bənim.
İstəməzSevdiyim ləblərin sərməsti olanYəqin bil saqidən şərab istəməz