Səxavət nəzminin şirin zəbanı,Fəsahət mülkünün xoş tərcümanı,Bu növ ilə sözü çəkmiş bəyanə –Ki, bir il qəhtlik düşdü cahanə,Qəzadən bir gecə ol Hatəmi-TeyYeməkçün axtarıb tapmadı bir şey.Özü, oğlu, qızı, həm övrəti ac,Haman şəb qaldılar Allahə möhtac.Uşaqlarçun dedi Hatəm fəsanə,Ol əfsanə olub xabə bəhanə.Gedib xabə şərifü həm vəziiQalıb bidar özü, ancaq zəcii.Bu oldu ol gecə məqsudi-HatəmYatırsın övrətin əfsanədən həm.Olub bərxurd övrət ol hesabə,Özünü qoydu əmdən nuşi-xabə.Neçə dəfə çağırdı Hatəm anı,Sədası yox, sağın çıxmışdı canı.Çü qadir olmadı övrət cəvabə,Sağında Hatəm ol həm getdi xabə –Ki, nagəh xeymə dalından bir övrətDedi: – Ey Hatəm, ey şahi-səxavət,Uşaqlarım qalıbdır bu gecə ac,Olub bir löqməyə məcmui möhtac.Bu aclıqdan yetibdir canə afət,Kərəm qıl, ey şəhi-mülki-səxavət.Dedi Hatəm: – Get, ey miskinü dilgir,Gətir ətfalüvü, ta eyləyim sir.Bu rəmzi madiyə çün qıldı isğa,Təbəssüm eylədi, key mərdi-dana,Əgər bir löqməyə vardır gümanın,Neçün ac yatdı əhli-xanimanın?Tutum ki, gətdi ətfalın ol övrət,Hanı sir etməyə xanəndə nemət?Əgər var idi bir nemət xəyalın,Neçün əfsanədən yatdı əyalın?Durub Hatəm yerindən ol bəlakeşYığıb hiyzüm, mühəyya qıldı atəş.Atın zibh eylədi, tez qıldı büryan,.Qəbail xeylinə həm qıldı ehsan.Dedi: – Düşmə, ey övrət, iztirabə,Durub mehmanım ol sən də kəbabə.Oyat ətfalüvü, ehsanə gəlsin,Yeyib yeksər kəbabı, canə gəlsin.Xəbərdar etməyə xəlqi o xanə,Özü Hatəm gəzirdi xanə-xanə.Gəlib sir etdi həm övrət əyalın,Yedi, doldurdu ətdən dəstmalın.Qəbail xeyli yeksər oldular şad,Dedilər: – Xaneyi-ehsanın abad!Tox oldu, ac qarınlar cümlə doldu,At öldü, itlərin bayramı oldu.Bu fikr ilə ki, nemət olmasın kəm,O ətdən dadmadı, ac qaldı Hatəm.Əgər var səndə həm, Seyyid, bu himmətAt öldür, ad çıxar, göstər səxavət.Səxavətdir sifatullahi-əhsən,Səxavətdən olursan bəhrəvər sən.Səxavət bir diyari-xoşfəzadır,Onun şahı Əliyyül-Mürtəzadır.Bu üzdəndir buyurdu şahi-əkrəm:Səxavət əhli görməzlər cəhənnəm.Qərəz ki, zümreyi-mərdanə zinətSəxavətdir, səxavətdir, səxavət!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets