Gözlərin
Əqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərinHər baxanda alır şirin canımıBilmənəm nə susuyub qanə gözlərin
Qaşın eşq əhlinin qibləgahıdırYüzün günəş, ruxun bədr mahıdırXalın Hind əhlinin padşahıdırBənzər bir adlı sultanə gözlərin
Səhər-səhər xumarlanıb süzülürMüjgan oxu şan bağrıma düzülürHər qıya baxanda canım üzülürKəndi bizi əl-amanə gözlərin
Könlüm quşu uçub qalxar havayəRəhmin gəlsin sənin mən binəvayəÇıxubdur yüzün ay tək səmayəTəən eylər asimanə gözlərin
Sevməzəm dünyada səndən masivaİnibdir başıma sevdayi-həvaHalikı eylədi Məcnun rüsvaSaldı düşt-ü biyabanə gözlərin
Kitabxana.az · https://kitabxana.az/en/works/halik-el-sairi-gozlerin
Poems by other poets
Keçmişdə süxənvərani-agah,Olmuş nüdəmayi-məclisi-şah.
Demişdim bir kəz bəli ey yar səndən dönməzəmDemişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.
İgidlərim, sıra-sıra səf bağlayın!Nə yaman dərdliyəm, Allah,Zülümlər baş alıb gedir.
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,