Demişdim bir kəz bəli ey yar səndən dönməzəm
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Demişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.
Ta ki, gördüm şol cəmalın gülüzarın bağ ara,Yüz min olsa gitməzəm gülzar səndən dönməzəm.
Ata ana qövüm qardaş əhli-eşqə geyr imiş,Mən buraxdım bunları qəmxar səndən dönməzəm.
Eşq ilə dutdum uhuvvət baş doqydum qapıva,Qılsalar yüz min bəla azar səndən dönməzəm.
İstədim görüm fəqih-ü zahidin zişt üzlərin,Mən bulardan olmuşam bizar səndən dönməzəm.
Ar ilə namus-ü nəngi yoluva qıldım səbil,Olmuşam aləm-ara biar səndən dönməzəm.
Küfri-zülfün din ilə imanımı qeyd eylədi,Gər talarsan könlümü əyyar səndən dönməzəm.
Öldürür cəllad gözün gündə yetmiş kəz məni,Çün dirildir ləhçə-yi göftar səndən dönməzəm.
Bağladım Sənan kimi zünnar-i tərsa beliməXəlqi-aləm söyləsin küffar səndən dönməzəm.
İçmişəm meyxanə-yi vəhdətdə seyran eylərəm,Məsti-cam-ı şövkəm ü xumar səndən dönməzəm.
Maqta — the closing couplet bearing the poet’s pen name. Kainarın aynısın ey çeşmi-mazağ-ı basar,Çün Həqiqi doymuşam əsrar səndən dönməzəm
Kitabxana.az · https://kitabxana.az/en/works/cahansah-heqiqi-demisdim-bir-kez-beli-ey-yar-senden-donmezem
Use ← → keys to move, R for a random poem
More by this author
Mənim məktubum sənə çatanda xalqı özündən və öz söhbətlərindən uzaq etməyin gərək idi, yanında olan müridləri toplayıb sakit olmalısan, mən sənin sufilərindən xatircəm deyiləm. Cahillərə uyub qiyamdan dəm vurursan, ürəyində səltənət arzusu yer tutsun, asan gedən işlər çətinə düşsün və hər iki tərəfdən minlərlə qan tökülsün? Əgər mənim sözümü dinləməsən, bu həddini aşan hərəkətlərindən imtina etməsən yaxın vaxtda sənin və müridlərinin qovulması mənim üçün vacib olacaqdır.
Ağzını qönçeyi-xəndan dedilər, gerçəkmişAğzını qönçeyi-xəndan dedilər, gerçəkmiş,Xəti-ruxsarını reyhan dedilər, gerçəkmiş.
Bir mürəbbi vü müsahib manidə iqrarədirBir mürəbbi vü müsahib manidə iqrarədir,Bu sözə inkar edənlər mürşidə inkarədir.
Hər kimin müsahibi yoxdur gəlməsin meydan araHər kimin müsahibi yoxdur gəlməsin meydan ara,Ona yol yoxdur gəzib seyr eyləyə ümman ara.
Poems by other poets · Love
برخاسته غوغای قیامت ز قیامت
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Dönən deyiləmİxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,
Haray-harayYa ilahim, sən olasan ayarım, haray - haray,Yar yanında çünki yoxdur ayarım haray - haray,