Ağzını qönçeyi-xəndan dedilər, gerçəkmiş,Xəti-ruxsarını reyhan dedilər, gerçəkmiş.

Lövhi-məhfuzini ta gördü kəlam ehli sənin,Ayəti-vəchini Quran dediler, gerçəkmiş.

Zövqi-eşqin ki, qəmi dünyavü üqbayə deyər,Bu könül təxtinə sultan dediler, gerçəkmiş.

Ənbərəfşan saçını küfrə münasib qılıban,Dürci-yaqutuna mərcan dedilər, gerçəkmiş.

Əhli-təqva ki, sücud eylədi vəchində sənin,Sacidi-surəti-rəhman dedilər, gerçəkmiş.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Həqiqi, çu sənə nəqli-kəlam oldu müin,Nəfsinin şərhini bürhan dedilər, gerçəkmiş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets