Bir zaman şəmsdən alurdı mənim bac gözüm,Nuri-xurşidə salurdı necə tarac gözüm

Dur mənzildə vurardı dəxi tiri-nəzəri,Ahuyi-məqsədi eylərdi xoş amac gözüm

Misli-İskəndər olub abdan indi məhrum,Zülməti-xızrə açan nur ilə minhac gözüm

Elə zülmətə dönübdür nəzərimdə dünya,Göstərür rəngdə kafuri mənə zac gözüm

Az qalur seçməyə axır gecəni gündüzdən,Ağdan qaranı etməz dəxi ixrac gözüm

Ruyi-xubani əgər eyni ilə görsə yəqin,Bu təmaşadan olur şövqlə bəhhac gözüm

Xətti-Quranı və ya etsə qiraət bişək,Çıxar əflaka eylər seyr ilə merac gözüm

Çarə qıl eynəyə, bu şərt mənim sənmədə,Gəl sən ol baisi, bəlkə ola vəhhac gözüm

Hər işə bir səbəb əlbəttə ki çox lazımdır,Ey "Ağalar bək", olub eynəyə möhtac gözüm

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets