Qutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.

Qurutdum, dinkə saldım, çox məşəqqətlə birinc etdim,Bişirdim aşını, ondan nə şorba, nə həlim çıxdı.

Qara dağlı çapubdur bizləri talan edib yəksər,Belə olsa, qamu çıxdı, nə ki bir səlim çıxdı.

Qonaq gəldi bizə bir gün neçə bir ləzgi mollası,Ziyafət etdim ortaya, əcaib xəngəlim çıxdı.

Nizam-i ləfzini gördüm, əzizim, xeyli qabildir,Mənimdə bəd əz ən şairlik etməkdən əlim çıxdı.

Yetişdi bülbül nəzmin, gülüşdük qönçə güllər tək,Mənimdə təb'i-şurimdən bu nəzm gülməlim çıxdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring