Ürəyimiz çiçəklənir,Elin əcəb cəlalı var.İndi bizim insanlarınNə dərdi, nə məlalı var.

Nələr görür bu gün gözüm,Çalxan, ey ilham dənizim,Gülür könlüm, sazım, sözüm,Nə sorğu, nə sualı var.

Yoxdu izi intizarın,Getdi dövrü boran, qarın,Şən ellərin, obaların,Dastan deyən Bilalı var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring