Can-i dilim, hədyana yol vermə gəl,Cüda düşər səndən, ellər inciyər.Adam kobudluqdan sınar, - demişlər,Gülə də kəm baxma, güllər inciyər.

Nadan adətkardır dodaq büzməyə,Meyl edər qəlb qırıb, ürək üzməyə,Göl yaranıb sonalarçün üzməyə,Yaşılbaş sonasız göllər inciyər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets