Cənab Cəfərqulu xan Aşıq Pəri Maralyaniyə, Pəri isə Cəfərqulu xana yazmışdır
**Cəfər qulu xan:**Sən, ey Pəri, mələk pərvərdəsisən,
Həmişə deyərdin: "Biz çakərik ona."
Nədən ötrü bizdən kənar gəzərsən?
Nə tabe olubsan sərasər ona?
Aşıq Pəri:
Nə şayəstə bu sözləri danışmaq,
Besyardır mərdi-xidmətkar ona.
Saymanıq soltanı, xanı, paşanı,
Nə şah bir söz deyər, nə sərdar ona.
Xan:
Nə xoş güftarı var, nə xoş sadədir,
Bu dərdim hamıdan çox ziyadədir,
Doğrudur, dibaçə məlikzadədir,
Bəs niyə deyirlər sitəmkar ona?
Pəri:
Xanzadəsən, söz tapıram sözündən,
Əyri demə, doğru söylə düzündən,
Zülm etməklə yox xəbərin özündən,
Hər yerdə deyirlər rahbər ona.
Xan:Əzəl başdan Mirzəcandır ustadın,
Cəmiyi-Dizaqda söylənir adın,
Nə səbəbdən sizin bala Fərhadın,
Gah xoxən deyərlər, gəh pəsər ona?
Pəri:
Mirzə Qədir sənin ustadi-pirin,
Zişt danışmaqlıqda yox bərabərin,
Xoxən Abdulladan yoxdur xəbərin,
Demə bundan sonra sən pəsər ona.
Xan:
Arifəm, bir yerdə yarı görəndə,
Mən nə deyim bu düxtəri görəndə?
Əql itirdim mən əğyarı görəndə,
Neçün göstəribsən etibar ona?
Pəri:
Dağam, gül yanında xarı görəndə,
Tərlan ovlağında sarı görəndə,
Sən ki, eşq əhlini, karı görəndə,
Pəriyəm duaçı aşikar ona.
Kitabxana.az · https://kitabxana.az/en/works/nava-cenab-ceferqulu-xan-asiq-peri-maralyaniye-peri-ise-ceferqulu
Use ← → keys to move, R for a random poem
More by this author
Qasım bəy, adətdir, xan qulluğuna,Bir kəs atlı gələ, piyadə gedər.
Cəfərqulu xanın Nəvvab Möhsün Mirzə Məmmədqulu Çakər vasitəsilə cavabıEy seyvid və növcavan sərvər,Bu dünyada sənin cəddin məşhurdur.
Cəfərqulu xan Aşıq Pəriyə yazıbAşıq Pəri, kağız sənə yetişcək,Durmuyubsan gərək bura gələsən.
Aşıq Pərinin Cəfərqulu xana cavabıEşitmişdik, qulluğuna yetişdik,Gördük ki,düşübsən dildən-dilə sən.
Poems by other poets
Tufanla, tolatümlə coşubdur qara dərya,Dağ-dağ qabaran dalğaların məqsədi guya
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
OlsunMəni yardan ayrı salan,Görüm üzün siyah olsun
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi