Olsun
Məni yardan ayrı salan,Görüm üzün siyah olsunDərdə düşüb mənim kimi,İşin hər gündə ah olsun
Əlif qəddin dönə yaya,Hər işlərin gedə zaya,Cahanda tapma sərmaya,Ömrün günün kütah olsun
Diri ömrün də kam alma,Xəlayiq içrə nam alma,Hərgiz məqsəd-məram alma,Yaxşı halın təbah olsun
Zəlil ol sən ki mən xaram,Kimim var, kimə yalvarım,Sənə hər gündə qarğaram,İstər mənə günah olsun
Döndərdin yaşımı çaya,Düşəsən sən ah-vaya,Qisas əlbəttə fərdaya,Qalmaz belə agah olsun
Beytül-hüzn məskənimdir,Kim bu işdə düşmənimdir,Viranələr mə'mənimdir,Ona düşmən Allah olsun
Raci bu gün yardan oldu,Keçdi namus ardan oldu,Mal və mülk vardan oldu,Mane'ləri gümrah olsun
Kitabxana.az · https://kitabxana.az/en/works/molla-yusif-raci-olsun
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Məh yüzünə salmış bu mələkmənzərMüənbər zülflərin zərəfşan oldu,
Genə gəldi bahar fəsliGenə gəldi bahar fəsliBülbül gəldi dadə, dadə,
HanıGecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Qəzəl: Qönçeyi-gül ta gülüstanın çırağın yandırırQönçeyi-gül ta gülüstanın çırağın yandırırƏndəlibin pərdeyi-çeşmində yağın yandırır