Məh yüzünə salmış bu mələkmənzərMüənbər zülflərin zərəfşan oldu,Eşq atəşi məni saldı ayağdan,Deməyəsən ki aşiqin biiman oldu.

Nə xoş gündə səni yaratmış Allah,Ölüncə dönmənəm, vallahu billah,Əhsənül-xaliqin, təbarəkallah,Nuri-sidə xəttin nümayan oldu.

Mə'şuq gərək sındırmaya əhdini,Əmn olmaz şəkərləbin şəhdini,Bu qədər incitmə fəqir Mehdini,Əgər kafir isə, müsəlman oldu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love