Qəza surətgərin gəl gör nə xoş çəkmiş bu tuğranı,Yazub dibaceyi-hüsnündə: haza Yusifi-sani

Müsəlsəl zülflərin çin-çin töküb ətrafi-rüxsarə,Qaşın vəlleyl, yaxşıdır yüzün vəşşəms nurani

Qədin sərvi-sənubərdir, ləbin çün abi-Kövsərdir,Yüzün mahi-münəvvərdir və ya çün mehri-nurani

Hərami gözlərin, billah, çıxardub dinü məzhəbdən,Salub sevdayə, ey kafir, mənim tək yüz müsəlmanı

İki xali-siyəh daim ləbin gəncin məqam etmiş,Biri təsxir edər Hindi, birisi mülki-İranı

Bu üç zaddır vəfa qılmaz, cahanda paydar olmaz:Biri ömr ü biri dövlət, biri həm hüsn olur fani

Nüqudi-gənci-hüsnündən təlattüf eylə üşşaqə,Desünlər külli-aləmdə ki: haza Hatəmi-sani

Nə tək ol dami-zülfündə bu Mehdi paybənd olmuş,Ümumən abidü tərsa olur zülfün pərişanı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love