Deyərsən
Hasan əmi, bir Allahın eşqinə,Mənim ərzim o canana deyərsən.Ey mənim qasidim, dərddən xəbərdar,Məntək dərdi o tüğyana deyərsən.
Gedib ol vətənə varannan sonra,Sən bizim elləri görənnən sonra,Götürüb naməni verənnən sonraBu cavabı yana-yana deyərsən.
Kamil bağban, pasiban ol güllərə,Tapşırdım gözünü diksin yollara.Deynən yola düşdü uzaq ellərə,Keçdi Alı Alosmana deyərsən.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-deyersen
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Ey dustan, (ey dustan) yarım mənə uymaz, nedim?Ömrüm kimi getdi rəvan şol şəmi-can qıymaz, nedim?
VarmıAla gözlü, uca boylu şahzada,Şah sənsənmi, səndən qeyri şah varmı!?
Ey gözüm nuri, qarari-düi-ürfan, getməNeyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.
تا به دل و جان مرا آفت جانان رسیدبس که ز جانان به من رنج دل و جان رسید