Gözəldi
Gözəllər səfinə səcdə eylərəm,Cümlədən birisi necə gözəldi.İltimas eylərəm rübəndin ata,Mahi-münəvvərsə, gecə gözəldi.
Boyu sürahidi, özü baxtavar,Tapmazsan tayını aləmi axtar.Peymanda yarandı faili-muxtar,Yaxşını-yamandan seçə, gözəldi.
Viran etmə könlü, savabdı hörsən,Yarım Alının gözüylə görsən.And-aman içənə özün deyərsən,Yanında Züleyxa, bica gözəldi.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-gozeldi
Use ← → keys to move, R for a random poem