Mən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,Günəş cəmalına həsrət qalmışam,Şirin-şirin danışıban gülən yar

Fələk qoymur bizi bir yana düşaq,Eşqin sevdasından qaynıyıb daşaq,Yeri nazlım, gəl bir doğru danışaq,Aramızda heç olmasın yalan yar

Məskin deyirsən, tək səlatin olmaz,Səni görən saralıban heç solmaz,Yüz min gözəl gəlsə dərdimi bilməz,Sən özün gəlməsən dərdə salan yar

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love