Qadasın aldığım
Səndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,Sənin cəmalına mail olmuşam,İşim ah-ü-zar, qadasın aldığım
Səninlə belədir əhdü-peymanım,Yanıma gəlmədin, dinim, imanım,
Başım dizin üstə tapşırım canım,Qol boynuma sar, qadasın aldığım
Mənimlə oynıyıban gülmədin,Gözdən axan qanlı yaşım bilmədin,Sağlığımda yar yanıma gəlmədin,Qəbrim üstə var, qadasın aldığım
Məskin deyir vəfa görmədim səndə,Ağlım aldın, can qoymadın bədəndə,Can titrəşər qərar tutmaz bu təndə,Pirildayıb uçar, qadasın aldığım
Kitabxana.az · https://kitabxana.az/en/works/meskin-el-sairi-qadasin-aldigim
Use ← → keys to move, R for a random poem