Sənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaramHəsrətindən oldum dəli divanəDüşüb eşq oduna yanıb ağlaram

Şam-səhər adını söylərəm əzbərSənə can qurbandır, ey mələk mənzərKeçən halımı eylədim dəftərOxuyub-oxuyub qanıb ağlaram

Yolunda keçmişəm baş ilə candanOnun üçün olmuşam mən xanımandanBir hədis oxunsa huri-cinandanXəyalım qor eylər, dinib ağlaram

Əksik olmaz hərgiz gözlərimdən nəmAh-zardır işim müdam hər dəmEşitdim ağyarə olubsan həmdəmİnanmıyıb ki inanıb ağlaram

Aşıq oğlu eylər həmişə əfğanHicrindən olubdur cismi natavanTərəfi-canandan, canibi-yardanGəlmədi bizə bir məktub, ağlaram

Random poem

Poems by other poets · Love