Yarın qanlı köynəyi tək,Qızarır yol üstə lalə.Xan Çobanı gətir dilə,Bir şirin can istə, lalə.

Dərdim dönüb hekayətə,Canım dozər bu zillətə,Yar məzarın ziyarətə,Gəlib dəstə-dəstə lalə.

Hara getsən, gələrəm mən,Ahu kimi mələrəm mən,Bəsti deyər, ölərəm mən,Bu dağlardan getsə lalə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love