Söylə, Löydənmi gəlirsən?Yollarına qurban olum.Ağçınqıldan gül dərdinmi?Əllərinə qurban olum.Daş bulaqdan su içdinmi?Dillərinə qurban olum.Bəzənibmi Tamaşalı?Çöllərinə qurban olum.Aşıbmı maral çiçəyi?Güllərinə qurban olum.Tərtərim qan-qan deyirmi?Sellərinə qurban olum.Dağlara bahar gəlibmi?İllərinə qurban olum.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring