Zülmü şəbahətdə bəylərin tayı,Olmaz bu dünyada, olmaz, ay olmaz.Nə yar yara yetər, bir murad alar,Bir kimsə vay olmaz, olmaz ay olmaz.

Hər nə görsə deyər, külli-var mənim,Alma mənim, heyva mənim, nar mənim,Söndürdü çırağım biilqar mənim,Çeşmim kimi bir çay olmaz, ay olmaz.

Çox axtardıq tapammadıq bir çara,Bəylər günümüzü eylədi qara,Bunlar ki, var Bəsti daha dağlara,Nə yaz gəlməz, nə yay olmaz, ay olmaz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets