İndi
Qəm əlindən şikəstəyəm, ovrağam,Dilim eylər nalə indi, zar indi.Xeyli vaxtdı camalına müştağam.Soruş indi, danış indi, yar, indi.
Bizim yerdə naz çəkməyə tab olmaz,Vallah, hüsnün kimi mahitab olmaz,Şuxluğuyla məmələrə bab olmaz,Narınc indi, turunc indi, nar indi.
Mənim yarım illərətən sağ ola.Dörd çövrəsi behişt ola, bağ ola,Nə həddi var sədrin kimi ağ ola,Kağız indi, bəyaz indi, qar indi.
Bülbül olan hərgiz dönməz gülündən,Dindirərsən bal tökülər dilindən.Yeddi yerdən sarmaşıbdı belindən,Xəbərdar ol, səni çalar mar indi.
Mən Qasımam, miskin-miskin baxaram,Ümman olub dəryalara axaram,Ah çəkəndə yandırıban yaxaram.Dolanmasın gül yanına xar indi.
Kitabxana.az · https://kitabxana.az/en/works/xeste-qasim-indi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Dilbəra, ol ay yüzün xyrşidi-tabandır mana,Bağçan içindən axan su, abi-heyvandır mana.
Hândem hândem hândem hândemHândem hândem hândem hândemSenün ışkun ile uyırdum oyandum
Xəbər verBadi-səba apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver,
ƏzizimƏzəl səni sevdim, sonra ayrıldımOldu mənə müşkül hallar əzizim