Yaxşı fikir elə, qafil dolanma,Qəlbini şeytandan yad elə, insan!Halal yaşa, bir kimsədən utanma,Yıxma könülləri, şad elə, insan!

Dünya dediyin bir fanidir, fani,Əzəl Nuh gəlmişdi, görünmür, hanı?Yola saldm İskəndər tək xaqanı,Bizə də əsəcək bad elə, insan!

Xəstə Qasım, düşünməyin bihuşdu,Bənadam dediyin yuvasız quşdu.Səxasız dövlətin axırı puçdu,Ye malm, dəhanda dad elə, insan!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets