Dilbarə, ol ay yüzün xyrşidi-tabandır mana
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Dilbəra, ol ay yüzün xyrşidi-tabandır mana,Bağçan içindən axan su, abi-heyvandır mana.
Məscidə varmaq nə hacət, dedim, ey zahid, mana,Ruy ilə zülfi anın, küfrilə imandır mana.
Müddəilər tənəsindən sanmanız kim, mən dönəm,Ol mənim canım içində cani-canandır mana.
Mən səninlə söyləşəndə gər zimistan, gər bahar,Hər nə çağ görsəm səni, aləm gülüstandır mana.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Xətai, çün sənə həqdən nəzərdir hər zaman,Eşqin ilə bu həyatım baği-rizvandır mana.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-dilbera-ol-ay-yuzun-xyrsidi-tabandir-mana
Use ← → keys to move, R for a random poem
More by this author
Dil ilə dərvişlik olmaz,Halı gərək yol əhlinin.
Qamu Rum-u Çin-ü Xorasan-u ŞamQamu Rum-u Çin-ü Xorasan-u Şam,Açar bir bəy igid bunları tamam.
I İsmayılın Dizmar vilayətində ruhanilərin vergilərdən azad edilməsi haqqında hökmüMehriban və bağışlayan Allahın adı ilə. Hökm Allahındır. Qalibiyyət atası şah İsmayıl Bahadur əl-Səfəvi sözümüz Dizmar vilayətinin divan istərinə vəzifədar olan və ən mühüm hökmranlıq vəzifələrini həyata keçirən əmirləri, hakimləri, darğaları, amilləri və mübaşirləri bilsinlər ki, [Quranda] dürr kimi düzülmüş - onlara deyin ki, sizdən, yaxın dostluqdan başqa heç bir sual etmir və heç bir mükafat istəmirik - sözünün tələb etdiyinə görə, böyük seyidləri möhkəmlətmək və himayə etmək ədalət şüarlı sultanlar və səma qüdrətli xaqanların vaciblər sırasında və zəruriyyət cümləsinde olan vəzifələrindəndir. Bu məsud saatlı vaxtlarda Şaha layiq sonsuz qayğı, şahlıq mərhəməti və mehribanlığı hörmət sahihləri olan əzəmətli və kəramətli seyyidlərin əhvalına şamil və arzularına öhdəçi olmuşdur. Peyğəmbərin - ona salam olsun - ən yaxşı övladının [hökmranlığı] günlərində əzəmətli seyyidlər və nəciblərin xəlifələri, Seyyid Ziyaəddin Rza, Seyyid Məhəmməd, Seyyid Cəfər, Seyyid Amir və qardaşlarına xeyirxahlıq niyyəti buyurub, onları malucəhət və divan hüququndan düşüncəli surətdə, bütünlüklə azad etdik və bağışladıq, vergilərdən və yazılı göstərişlərdən kənar edilməyə layiq buyurduq. Lazımdır hökmə müvafiq surətdə rəftar edərək malucəhat, ixracat, xariciyyət, hökmlü və hökmsüz ləvazirət adı ilə ələfə, ulufə, qonılqa, ulağ, ulam, bigar, şikar, tərh, dəstəndaz, əydi novruzi, zərparəyi pişkəş, savarı, çərik, ona yarım, məlikanə, mühəssilanə, yüzə dörd, sədrlik haqqı, vəzirlik haqqı, amillərin çalışma haqqı, darğalıq haqları, yetişdirilmiş məhsulun qiymətini müəyyənləşdirmək və torpaq sahəsini müəyyən etmək haqqı, vərilmiş vədi yerinə yetirmək haqqı, qala və keşikçixana ixracatı, yüzə bir, yüzə iki və malu-xaricə aid oluna biləsi diğər divan mükəlləfiyyətləri və şahlıq tələbatından hər ad və qayda ilə olursa-olsun, əziyyət verməsinlər və təcavüz etməsinlər. İstər azacıq, istərsə də çoxlu tamah və təvəqqə etməsinlər. Hökmü dəyişmək və əvəz etmək niyyətindən mühafızə olunan və qorunan hesab etsinlər. Ötən göstəriş və davam edən qanun mövcibincə bağışlanmış və azad olunmuş bilərək, heç bir həvalə və tələb etməsinlər. Qeyd olunanları əzizləməyi və hörmətləndirməyi lazım bilsinlər. Onların minnətdar və [ya] şikayətliliyinin təsirli olmasını bilsinlər. Mübarək fərmanın tələbatından yayınmasınlar. Həmin qayda ilə rəftar etsinlər və bu mövzular üçün hər il yeni qeyd və əmr tələb etməsinlər. [Hökm] bütün dünyanın tabe olduğu yüksək şöhrətli itaət olunmanın yüksək və kaşarlı möhürü ilə zinətləndikdə, aydınlaşdıqda və cilalandıqda, etimad etsinlər. Yüksəyin əmri ilə yazıldı, Yüksək Allah onu yüksəltsin, nüfuzunu əbədi etsin. O, yüksəyə tabeçiliyi və itaətkarlığı ötəri etməsin.907-ci ilin cümada-as-sani ayının 25-də.
I İsmayılın Xanəhməd bağının bağışlanması haqqında hökmüO, pak Allahdır.Mehriban və bağışlayan Allahın adı ilə [Möhür:] Əli və onun övladlarına olan məhəbbət ruh kimi mənim bədənimdədir. Heydər oğlu İsmayıl şahimərdanın [Əlinin] quludur.
Poems by other poets · Love
Ey simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Əyər-əyərÇən gəlsə dağlara yellər əsdirər,Qış da çətin gəlsə dal əyər-əyər.
Boynuma kakilin, ey şux, kəmənd eyləmisənBoynuma kakilin, ey şux, kəmənd eyləmisən,Bir uzun fikrə mənim başımı bənd eyləmisən.
پیک مبارک است نسیم سحرگهیمشتاق را همیدهد از دوست آگهی