Dil ilə dərvişlik olmaz,Halı gərək yol əhlinin.Arıların hər çiçəkdən,Balı gərək yol əhlinin.

Keçmək gərək dörd qapıdan,Qurtulasan mürəbbidən,Mürəbbidən, müsahibdənƏli gərək yol əhlinin.

Mən gəzərəm dərdli-dərdli,Ötər firqətli-firqətli,Bülbül kimi ünü dadlıDili gərək yol əhlinin.

Mən gəzərəm ayıq-ayıq,Dəryalarda olur qayıq,Bülbülləri şaha layıq,Gülü gərək yol əhlinin.

Xətayim der: – Quşaq quşan,Toz olur türaba düşən,Budur dərvişliyə nişan;Yolu gərək yol əhlinin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring