Minbəd əgər mənimlə həbib olsa aşina,Mən canımı yolunda onun eylərəm fəda.

Gülgün yüzün xəyalına düşdü könül yenə,Bənzim saraldı dərdilə, manəndi-kəhrəba.

Darülşəfayə getmədiyim candan ötrüdür,Ey cismimin həyatı, ləbindir mənə şəfa.

Çeşmin cəhanda fitnəvü aşub göstərir,Hərdəm qiyaməti qoparır qamətin mana.

Maqta — the closing couplet bearing the poet’s pen name. Yastan Xətai, yar eşigin etiqadilə,Şamü səhər də dövlətinə eyləgil dua.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love