Ol kimsə kim, bu dünyəvü üqbadə şahdir
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ol kimsə kim, bu dünyəvü üqbadə şahdir,Həm ənbiyalər üstə ulu padşahdir.
Tərif edüb sifatini, şirim, dedi xuda,Bu doğru sözə insü məlayik güvahdir.
Həm bəhrü kanü kuhi-vilayətdir ol Əli,Düşmən onun qatında qamu bərgi kahdir.
Olmaz qənim qənbərinə bəbrü əjdəha,Çün həmdəmi o şahi-cəhanın ilahdir.
Hər kim onu sevərsə Yeziddən nə fikri var,Çün qullarına xofü xətərdən pənahdir.
Ol mədəni-vilayət onun asitanıdır,Kim, eşigində insü mələk dadxahdir.
Gər bürci-ərşin üstə mələk anı sevməsə,Harut tək məqami onun qə'ri-çahdir.
Bürcündə övliyaların ol, filməsəl, tamam,Kovkəb içində nisbəti xyrşidü mahdir.
Maqta — the closing couplet bearing the poet’s pen name. Məşhər günündə lütfün umar dəstgir ola,Miskin Xətai xəstəyə, kim, pürgünahdir.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-ol-kimse-kim-bu-dunyevu-uqbade-sahdir
Use ← → keys to move, R for a random poem
More by this author
Allah-Allah, deyin, ğazilər,Ğazilər, deyin, şah mənəm.
Yol əhlininDil ilə dərvişlik olmaz,Halı gərək yol əhlinin.
Qamu Rum-u Çin-ü Xorasan-u ŞamQamu Rum-u Çin-ü Xorasan-u Şam,Açar bir bəy igid bunları tamam.
I İsmayılın Dizmar vilayətində ruhanilərin vergilərdən azad edilməsi haqqında hökmüMehriban və bağışlayan Allahın adı ilə. Hökm Allahındır. Qalibiyyət atası şah İsmayıl Bahadur əl-Səfəvi sözümüz Dizmar vilayətinin divan istərinə vəzifədar olan və ən mühüm hökmranlıq vəzifələrini həyata keçirən əmirləri, hakimləri, darğaları, amilləri və mübaşirləri bilsinlər ki, [Quranda] dürr kimi düzülmüş - onlara deyin ki, sizdən, yaxın dostluqdan başqa heç bir sual etmir və heç bir mükafat istəmirik - sözünün tələb etdiyinə görə, böyük seyidləri möhkəmlətmək və himayə etmək ədalət şüarlı sultanlar və səma qüdrətli xaqanların vaciblər sırasında və zəruriyyət cümləsinde olan vəzifələrindəndir. Bu məsud saatlı vaxtlarda Şaha layiq sonsuz qayğı, şahlıq mərhəməti və mehribanlığı hörmət sahihləri olan əzəmətli və kəramətli seyyidlərin əhvalına şamil və arzularına öhdəçi olmuşdur. Peyğəmbərin - ona salam olsun - ən yaxşı övladının [hökmranlığı] günlərində əzəmətli seyyidlər və nəciblərin xəlifələri, Seyyid Ziyaəddin Rza, Seyyid Məhəmməd, Seyyid Cəfər, Seyyid Amir və qardaşlarına xeyirxahlıq niyyəti buyurub, onları malucəhət və divan hüququndan düşüncəli surətdə, bütünlüklə azad etdik və bağışladıq, vergilərdən və yazılı göstərişlərdən kənar edilməyə layiq buyurduq. Lazımdır hökmə müvafiq surətdə rəftar edərək malucəhat, ixracat, xariciyyət, hökmlü və hökmsüz ləvazirət adı ilə ələfə, ulufə, qonılqa, ulağ, ulam, bigar, şikar, tərh, dəstəndaz, əydi novruzi, zərparəyi pişkəş, savarı, çərik, ona yarım, məlikanə, mühəssilanə, yüzə dörd, sədrlik haqqı, vəzirlik haqqı, amillərin çalışma haqqı, darğalıq haqları, yetişdirilmiş məhsulun qiymətini müəyyənləşdirmək və torpaq sahəsini müəyyən etmək haqqı, vərilmiş vədi yerinə yetirmək haqqı, qala və keşikçixana ixracatı, yüzə bir, yüzə iki və malu-xaricə aid oluna biləsi diğər divan mükəlləfiyyətləri və şahlıq tələbatından hər ad və qayda ilə olursa-olsun, əziyyət verməsinlər və təcavüz etməsinlər. İstər azacıq, istərsə də çoxlu tamah və təvəqqə etməsinlər. Hökmü dəyişmək və əvəz etmək niyyətindən mühafızə olunan və qorunan hesab etsinlər. Ötən göstəriş və davam edən qanun mövcibincə bağışlanmış və azad olunmuş bilərək, heç bir həvalə və tələb etməsinlər. Qeyd olunanları əzizləməyi və hörmətləndirməyi lazım bilsinlər. Onların minnətdar və [ya] şikayətliliyinin təsirli olmasını bilsinlər. Mübarək fərmanın tələbatından yayınmasınlar. Həmin qayda ilə rəftar etsinlər və bu mövzular üçün hər il yeni qeyd və əmr tələb etməsinlər. [Hökm] bütün dünyanın tabe olduğu yüksək şöhrətli itaət olunmanın yüksək və kaşarlı möhürü ilə zinətləndikdə, aydınlaşdıqda və cilalandıqda, etimad etsinlər. Yüksəyin əmri ilə yazıldı, Yüksək Allah onu yüksəltsin, nüfuzunu əbədi etsin. O, yüksəyə tabeçiliyi və itaətkarlığı ötəri etməsin.907-ci ilin cümada-as-sani ayının 25-də.
Poems by other poets · Divine love
Sən, Bayrağım! Yüksək şanlarınla enərkənMavi göyə bir duman gəldiyini gördüm bən.
Bağışla məniFamilyan Vəzirov vilayət xanı,Şərəfi Hatəmsən səxavət kanı,
Asivü bədəməlü rusiyəhü xaram mənEy xuda, sənə əyandır ki, vəfadaram mən,Tutduğum işləri yad eyləyib ağlaram mən.
20 yanvarHaqq deyib, haq dilədi haqqa tapan yurddaşlar,Haqq deyən milləti susdurmaq olarmı tankla?!