Ol pəri kim, bu cahanda hüsninin həmtası yox
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ol pəri kim, bu cahanda hüsninin həmtası yox,Sərvi-rənanın xuraman qəddinin balası yox.
Gecə-gündüz mən onun hicrində yanmaqdır işim,Neyləyim ki, ol məhin məndən yana pərvası yox.
Ögmə, ey zahid, mənə rizvanü cənnət bağini,Kim onun, yarım yüzi tək bir güli-həmrası yox.
Qılma, ey naseh, mənə zülfin sevərsən, deyə, tən,Xansı aşiqdir kim, ondan başqa bir sövdası yox.
Maqta — the closing couplet bearing the poet’s pen name. Gərçi çoxdur dünyada, üşşaqi ol mahin, vəli,Bu Xətai xəstə tək bir aşiqi-şeydası yox.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-ol-peri-kim-bu-cahanda-husninin-hemtasi-yox
Use ← → keys to move, R for a random poem
More by this author
Bu şahi-pürkərəm, sahibnəzərdir,Vilayətdir, yəqin nuri-bəsərdir.
Bu tübşi kim, yeri dər, ziri-padırBu tübşi kim, yeri dər, ziri-padır.Fələklər çərxi anın rəhnümadır.
Bürpərəst oldu könül, bütxanələr küncündədirBütpərəst oldu könül, bütxanələr küncündədir,Mən bilürmən bu dili-şeyda nələr küncündədir.
Cahanda aşiqin çox adı vardırCahanda aşiqin çox adı vardır,Ki, hər birisinin bir dadı vardır.