Bürpərəst oldu könül, bütxanələr küncündədir
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Bütpərəst oldu könül, bütxanələr küncündədir,Mən bilürmən bu dili-şeyda nələr küncündədir.
Gənci-eşq üçün vücudim şəhrini qıldım xərab,Nişə kim gəncin yeri viranələr küncündədir.
Yusifi-Kənani salmışdır zənəxdan çahinə,Zülfünə bağlı necə, divanələr küncündədir.
Cismimi tərk etdi dil, kuyində tutmuşdur məqam,Kim ki, can tərkin qılur, cananələr küncündədir.
Nərgisi-məsti-xumarın qanımı içməkliyə,Qaşların mehrabi ol məstanələr küncündədir.
Dürlü nəzmim həsrətindən, firqətindən, ey sənəm,Bəhri-çeşmim mədəni dəndanələr küncündədir.
Maqta — the closing couplet bearing the poet’s pen name. Zahid aydır, ey Xətai, rəxti-dəstarın xanı?Qoymuşam meyçün girov, meyxanələr küncündədir.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-butperest-oldu-konul-butxaneler-kuncundedir
Use ← → keys to move, R for a random poem
More by this author
Getmə sən eşqin ki, bir kənci-nihan əldən gedər,Bil ki, sən getsən yanımdan təndə can əldən gedər.
Gəl ey arif, sana hər dəm təvafi-həcci-əkbərdirGəl ey arif, sana hər dəm təvafi-həcci-əkbərdir,Ki, qiblən-nuri-peyğəmbər, imamin nəqdi-Heydərdir.
Gəl təraş et xəttini, şahi-cahan üç gündə birGəl təraş et xəttini, şahi-cahan üç gündə bir,Ta olasan afəti-dövri-zaman üç gündə bir.
Gəldi sürahi məclisə, rəf eyləmiş niqabGəldi sürahi məclisə, rəf eyləmiş niqab,Nur eylədi bu məclisi-zərrinpər afitab.
Poems by other poets · Love
Başına döndüyüm, ay Əziz əmi,Getdi, bəs alşanım niyə gəlmədi?
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
Bəri baxAla gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.